Accessibility links

Pakistanda raket hücumu nəticəsində 8 nəfər həlak olub


Pakistan rəsmiləri bildirirlər ki, ölkənin şimal-qərb bölgəsinə Birləşmiş Ştatların pilotsuz təyyarəsinin hücumu nəticəsində əcnəbi yaraqlılar daxil olmaqla, azı 8 nəfər ölüb. Rəsmilər yaraqlıların istifadə etdiyi Şimali Vəziristanın Mir Əli kəndinə iki raket atıldığını bildirib. Birləşmiş Ştatların hərbi rəsmiləri belə hücumları heç vaxt təsdiq etməyib. Lakin Əfqanıstanda polutsuz təyyarələrdən istifadə edən yeganə qüvvə ABŞ-ın silahı qüvvələri və Mərkəzi Kəşfiyyat Agentliyinin əməkdaşlarıdır. Bu arada Agentliyin rəhbəri Leon Panetta Pakistanın baş naziriYusuf Reza Gilani ilə görüşmək üçün bu gün Pakistana səfər edib.
XS
SM
MD
LG