Accessibility links

Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dövlət büdcəsində neftin qiymətinin 45dollarhesablanmasını hökumətin gələn il parlament seçkiləri üçün hesablanmış addımı hesab edir.
Ekspert hesab edir ki, neft heç zaman dünya bazarında 45 dollara satılmayacaq. Hazırda neftin qiyməti 70-80 dollardır. “Büdcədə bir barel neftin qiymətinin 45 dollar hesablanması isə hökumətin seçkilərlə bağlı addımıdır. Gələn il büdcənin gəlir hissəsi artırılacaq və seçkiqabağı əhalinin əmək haqları və pensiyaları yüksəldiləcək”, - deyə o qeyd edib.

XS
SM
MD
LG