Accessibility links

Barak Obamanın Seul səfəri zamanı İranın nüvə problemi də toxunulmaz qalmayıb


Prezident hələ də İranın nüvə yanacağının emalı üçün xaricə göndərilməsinə razılıq verəcəyinə ümid bəslədiyini deyib. Cənab Obama indiyədək qeydə alınan dəyişikliklərin müsbət olmadığını vurğulayıb.

"Daxili siyasi səbəblərdənmi və ya dediyindən dönmədiyi üçünmü İran hələ bəli deyə cavab verməyib"-deyə Barak Obama bildirib.

Prezident Amerika Birləşmiş Ştatları və onun beynəlxalq tərəfdaşlarının İranın "yox" dediyi təqdirdə götürüləcək ölçüləri artıq nəzərdən keçirdiyini bildirib.

ABŞ dövlət başçısı deyib ki, gələn bir necə həftə ərzində potensial addımlar paketi hazırlacaq və bu, bizim ciddiliyimizin nümunəsi olacaq.

Cənubi Koreya Barak Obamanın Asiya səfərinin son dayanacağı idi. ABŞ prezidentinin səfərinə Yaponiya, Sinqapur və Çin daxil idi. Barak Obama Asiya səfərini Amerika qüvvələrinə şəxsən təşəkkür etməklə başa vurub.


XS
SM
MD
LG