Accessibility links

Qırğızıstan Memorial qrupunda çalışan insan hüquqları fəalını ölkədən çıxarıb


Rusiyada yerləşən insan hüquqları təşkilatı Memorialın direktoru Vitali Ponomaryov deyib ki, Qırğızıstan orada hüquq pozuntularını araşdıran qrupun üzvünü ölkədən çıxarıb.

Onun bildirdiyinə görə, Qırğızıstan rəsmiləri Baxrom Xamroyevi onunla bərabər daha bir fəal, İzzatilla Raxmatillayevi Oş şəhərində həbs etdikdən bir gün sonra onu Rusiyaya ötürüblər.

İnsan hüquqları fəallarının dini əqidəsinə görə təqib edilmə hallarını araşdırdığı bildirilir.

Memorialın direktoru həmçinin Qırğızıstanın Milli Təhlükəsizlik Xidmətinin Xamroyevin kamerası və mobil telefonunun müsadirə etdiyini bildirib.

Qırğızıstan bundan öncə Memorial qrupunun direktorunun eyni tipli araşdırmalar aparmasından sonra ölkəyə daxil olmasına icazə verməmişdi.

Fevral ayında dünya ölkələrində insan hüquqlarının vəziyyətilə bağlı illik hesabatında ABŞ Dövlət Departamenti Qırğızıstanda qeyri-hökumət təşkilatları və media qruplarına qarşı məhdudiyyətlərin qoyulduğunu və onların təqib edildiyini bildirmişdi.

XS
SM
MD
LG