Türkiyə
mətbuatı bildirir ki, hökumət 5 məhbusu kürd yaraqlı lideri Abdulla Öcalanın
illərdir təcrid kamerasında saxlandığı adaya köçürüb. Məlumata görə, İstanbul
yaxınlığında İmrəli adasına göndərilən 5 məhbus Öcalanın fəaliyyətinə qadağa
qoyulmuş Kürdüstan Fəhlə Partiyası – PKK-nın üzvləridir. Öcalan silahdaşları
ilə həftədə 10 saat təmasda ola biləcək. Bu addım Avropanın PKK liderinə tətbiq
olunan təcridə son qoyulması barədə təzyiqlərinə cavabdır. Öcalan 1999-cu ildə Kenyada saxlanılaraq
terrorizmdə ittiham olunmuş və həbsə məhkum edilmişdir.