İranın
xarici işlər naziri deyir ki, ABŞ-a bel bağlamaqdansa Asiya dövlətləri
Əfqanıstanda müharibənin həllinə regional çarə tapmalıdır. Manuçehr Möttəki bu
gün Dehlidə keçirilən forumda deyib ki, keçmiş ABŞ prezidenti Corc Buşun Asiya
regionu siyasəti uğursuz olub. Möttəkinin sözlərinə görə, artıq Asiya
dövlətlərinin Əfqanıstana sülh gətirməsi vaxtıdır. O, habelə deyib ki, İran ABŞ
prezident Barak Obamaya Buş administrasiyasının Əfqanıstan siyasətini
dəyişməsinə kömək etmək istəyir. Cənab Obama Əfqanıstanda taliban və onun
müttəfiqləri ilə mübarizəyə 68 min ABŞ qoşununun göndərilməsi barədə qərarını
bu yaxınlarda açıqlayacağını bildirib.