Accessibility links

Kosovoda müstəqillik qazanıldıqdan sonra ilk dəfə olaraq seçkilər keçirilir


Kosovoda 2008-ci ildə albanlar Serbiyadan müstəqilliklərini elan etdikdən sonra ilk dəfə olaraq seçkilər keçirilir.

Səs vermək hüququ olan 1,5 milyondan çox insan paytaxt Priştina da daxil olmaqla, bələdiyyə seçkilərində səs verir.

Seçki məntəqələrinin açılmasından bir az sonra Baş nazir Haşim Taçi azlıqda olan serbləri Belqrad rəsmiləri və Serbiyanın nüfuzlu pravoslav kilsəsinin çağırdığı kimi səsverməni boykot etməməyə səsləyib.

Qərb ölkələrinin jurnalistləri Kosovonun mərkəzi hissələrində səsvermədə bəzi serblərin iştirak etdiyi haqda məlumatlar veriblər.

Rəsmilər günortaya qədər səsvermədə əhalinin 15 faizinin iştirak etdiyini bildiriblər.

Səsvermə zamanı hər hansı bir insidentlə bağlı məlumat daxil olmayıb.


XS
SM
MD
LG