Ordu mühəndisləri mərkəzi Volqa regionunda yerləşən Ulyanovsk şəhərindəki sursat anbarında baş verən partlayışlarda həlak olan 2 yanğınsöndürənin cəsədinin aşkar ediblər. Cəsədlər mühəndislərin söndürməyə getdikləri yanğının mərkəzində tapılıb. İnterfaks xəbər agentliyi partlayış olan ərazidən 32 qulluqçunun xilas edildiyini bildirir. Onlar anbar yaxınlığındakı bomba-sığıncağına toplaşmışdılar. Bundan əvvəlki xəbərlərdə 35 adamın yoxa çıxdığı haqda məlumat yayılmışdı. Partlayışlar cümə günü günorta başlayaraq gecəyədək davam edib. Telelviziya arabir partlayışların səmaya qara tüstü buraxdığını nümayiş etdirib.