Accessibility links

Con Allen Məhəmmədin ölüm hökmü icra edildi


Yeddi il əvvəl paytaxt Vaşinqton bölgəsində sniper hücumları həyata keçirən Con Allen Məhəmmədin ölüm hökmü icra edilib. Virciniya həbsxanasının sözçüsü Məhəmmədin ölüm cəzasının inyeksiya ilə icra edildiyini bildirib. Ölümündən əvvəl onun sakit olduğu,heç bir emosiya nümayiş etdirmədiyni deyilir.Con Allen Məhəmməd son sözünü deməkdən də imtina edib.

Qatilin ailə üzvləri və vəkilləri edam tədbirində iştirak edib. Ölüm hökmü Virciniya ştatının qubernatoru Timoti Keynin günün əvvəlində mərhəmət göstərilməsindən imtina etməsindən sonra icra edilib. Vəkillər Məhəmmədin əqli xəstə olduğunu deyərək, vəkilləri onun hökmünün ömürlük həbs cəzası ilə əvəz edilməsini istəyirdi.

Məhəmməd və onun əlbiri Li Boyd Malvo 3 həftə sürən spniper hücumları zamanı Virciniya, Meriland və Vaşintonda 10 nəfəri qətlə yetirmişdi. O vaxt 17 yaşı olan Malvo parol hüququ olmadan ömürlük həbs cəzası altındadır.

Bu iki şəxsin Alabama, Arizona və Luiziana ştatlarında da bir necə qətlin məsuliyyətini daşıdığından şübhələnilir.

XS
SM
MD
LG