NATO
bildirir ki, dalğıclar keçən həftə Əfqanıstanda itkin düşən 2 ABŞ əsgərindən
birinin cəsədini tapıb. Alyansın bu gün acıqladığı bəyanatda əfqan və
beynəlxalq qüvvələrin digər itkin düşmüş əsgərin axtarışını davam etdirdiyi
deyilir. ABŞ-ın iki əsgəri noyabrın 4-ü Türkmənistanla sərhəddə ucqar Badgis
vilayətində itkin düşmüşdü. Vilayətin polis rəisinin müavini Əbdül Cabar deyib
ki, əsgərlər havadan atılan təchizatla dolu qutuları sudan çıxarmağa çalışarkən
su onları aparıb. Əsgərlərin axtarışı gedən zaman ərazidə 25 beynəlxalq və
əfqan əsgər həlak olub. Bununla yanaşı, rəsmiləri deyir ki,Zabul vilayətində intiharçının NATO
qoşunlarının yaxınlığında hücumu nəticəsində 2 mülki vətəndaş həlak olub.