Turkiyə parlamenti bu gün ölkədə azlıqda olan kürdlərə daha geniş hüquqlar verilməsi və kürd üsyançılarının silahı yerə qoyması məsəələrini müzakirə edir. Türkiyədəki kürdlər əsasən ayrı-seçkilikdən şikayətlənir. PKK - Kürdüstan Fəhlə Partiyası artıq 25 ildir ki, Türkiyənin cənub şərqində Küdrüstan muxtariyyəti uğrunda mübarizə aparır və bu müddət ərzindəki qarşıdurmalar nəticəsində 40 000-dən çox insan həlak olub. Türkiyənin bəzi millətçiləri və müxalifəti kürdlər üçün islahatlar planını tənqid edərək, hökumətin bununla kürd üsyançılarına güzəşdə getdiyini irəli sürür.