Accessibility links

Hollivudda Gürcüstan-Rusiya müharibəsinə həsr edilmiş yeni film çəkilir


Filmin çəkiliş qrupu bu yaxınlarda Qoridə olub.Bir zamanlar yalnız sovet diktatoru İosif Stalinin doğma şəhəri kimi tanınan Qori şəhərinin sakinləri 2008-ci ildə Gürcüstan və Rusiya arasında müharibənin acılı-ağrılı günlərini yaşadılar. Lakin bu günlər onlara şahidi olduqları 5 günlük müharibədə yaşadıqlarını indi böyük ekranda göstərmək imkanı verildi.

Die Hard 2 filminin quruluşçu-rejissoru Renni Harlin Rusiya-Gürcüstan müharibəsinə həsr edilmiş filmi çəkmək üçün Qoridə olub. Qori küçələrindən yenidən tankların nəriltisi eşidilib, göydə isə vertolyotlar dövrə vurub.

Filmin prodüseri Maykl Flanniqan deyib ki, əsas məqsəd müharibənin nə qədər dəhşətli bir şey olduğunu göstərməkdir. “Bilirsiniz ki, dünyanın bir sıra yerlərində müharibələr gedir və biz də müharibə əleyhinə bir film çəkmək kimi imkan əldə etmişik”-deyə o bildirib. Fenniqanın bildirdiyinə görə, ssenari bəyənildikdən sonra çəkiliş qrupunu toplayıb Qoriyə gətirmək uzun çəkməyib. “Biz ssenarini oxuduq və düşündük ki, bu, dünyanın görməyə ehtiyacı olduğu bir hadisədir. “

Los Ancelesdə bir-iki görüşdən sonra çəkiliş Gürcüstana gəlməyə qərar verdi və indi Fenniqanın sözlərinə görə, onlar ləzzətli gürcü yeməkləri yeyib, təbitətin gözəlliklərinə tamaşa edirlər.

Filmin ssenarisi amerikalı tele-jurnalistin məlumatın əsaslanıb. Müxbir münaqişənin ən qızğın bir vaxtı regionda olub.

Hollivud ulduzu Endi Qarsiya çəkiliş qrupu Qoridən Tbilisiyə gəldiyi vaxt Gürcüstan paytaxtına yetişib. Qarsiya Gürcüstan prezidentinin rolunda çəkilmək üçün prezidentin ofisində olub.

Filmdə hadisələrin ən dramarik günlərini təsvir etmək üçün aktyor çəkilişləri Gürcüstan parlamentinin binasında davam etdirib. Qarsiya prezidentin xalqa müraicəti səhnəsini olduqca real ifa etdiyinə inanır. Çəkilişlərin kulminasiya isə Qarsiyanın paytaxt Tbilisidə minlərlə insan kütləsi qarşışında çıxışı olub.

Gürcüstanın Milli yayım komitəsi vətəndaşları filmin çəkilişində fəal iştirak etməyə çağırıb. Gürcülərin böyük hissəsi əllərində milli bayraqlar və şüarlarla çəkilş meydanına axışıblar. Gürcüstanın İmedi şirkəti çəkilişləri efirdə canlı yayımlayıb.

XS
SM
MD
LG