Accessibility links

İda qasırğası Meksikanın Yukatan yarımadasına yaxınlaşır


Karib dənizi hövzəsində güclənən İda qasırğası tədricən Meksikanın Yukatan yarımadasına yaxınlaşır.

Birləşmiş Ştatların Qasırğa Mərkəzinin verdiyi məlumata görə, qasırğa saatda 150 kilometr əsən küləklərlə müşayiət olur.

Qasırğanın Meksika və Kuba arasından keçən Yukatan kanalı ilə cənub-şərqdə Meksika körfəzinə üz tutduğu bildirilir.

Sinoptiklər qasırğaların klassifikasiyasına görə ən zəif birinci kateqoriyaya aid İdanın güclənə biləcəyini proqnozlaşdırırlar. Günün sonuna qədər onun ikinci kateqoriya qasırğa ola biləcəyi gözlənilir.

Qasırğa Mərkəzindən bildirilir ki, İda Yukatan yarımadası və Kubaya güclü yağışlar gətirəcək.

Sahildə su səviyyəsinin yüksələcəyi bildirilir.


XS
SM
MD
LG