Pakistan
rəsmiləri deyir ki, bü gün ölkənin şimal-qərbində bazarlardan birində baş
vermiş intihatçı hücumu nəticəsində Taliban əleyhinə mübarizə aparan mer də
daxil olmaqla 12 nəfər həlak olub, onlarla adam isə yaralanıb. Bundan əvvəl, bu
gün səhər mer Əbdül Malikin Peşəvər yaxınlığındakı Matni ərazisində ona qarşı
həyata keçirilmiş hücumdan canını qutara bildiyi xəbər verilmişdi. Rəsmilər
deyir ki, bir zamanlar Taliban tərəfdarı olmuş Malik mövqeyini dəyişmiş və
Talibana qarşı silahlı dəstə yaratmışdı. O, mövqeyini dəyişəndən sonra bir neçə
dəfə hücuma məriz qalıb. Bazarda partlayış baş verən zaman isə orada alış-veriş
edib, keçi alan insanlarla dolu olub. Heyvanlar qarşıdan gələn Qurban bayramı
münasibətilə satılırdı.