Accessibility links

Amerikada işsizlik səviyyəsi oktyabr ayında 10.2% təşkil edib


Amerikada işsizlik səviyyəsi 1983-cü ildən ən yüksək həddinə çataraq, oktyabr ayında 10.2 faiz təşkil edib. Əmək Nazirliyinin hesabatında işini itirənlərin sayının 190 000 nəfər olduğu bildirilir.

ABŞ prezidenti Barak Obama bildirib ki, hökumətin iqtisadi tənəzzüllə mübarizəsinə baxmayaraq, işsizlik qarşıdakı iqtisadi çətinliklərə işarədir. Prezident işsizlərin təzminat müddətinin uzadılması və ev alanların vergi güzəştlərinə dair qanuna imza atdığını deyib.

İtirilən iş yerləri əsasən inşaat, pərakəndə satış və istehsalat sahələrini əhatə edir. İşsizlik ABŞ iqtisadiyyatının 70 faizini təşkil edən istehlakçı xərclərinin azalmasına səbəb olub.



XS
SM
MD
LG