Əfqanıstanın yenidən seçilmiş
prezidenti Həmid Karzay hökumətinin ölkədə
korrupsiya iə mübarizə ilə yanaşı əfqan xalqı ilə birgə çalışacağına söz verib. Bu gün Kabildə qələbə çıxışını edən
prezident Karzay yeni administrasiyasının ölkədə baş verənləri özündə əks
etdirən güzgü olacağını deyib. Prezident əfqan hökumətinin
korrupsiya ləkəsini təmizləyəcəyinə vəd verib. Cənab Karzay seçki qələbəsinin
bir şəxsin deyil, seçkilərdə iştirak
edən bütün əfqan xalqının qələbəsi olduğunu deyib. Prezident seçkiləridə Həmis
Karzayın rəqibi sabiq xarici işlər naziri Abdulla Abdullanın namizədliyini geri
götürməsindən sonra dünən Əfqanıstanın Seçki Komissiyası Həmid Karzayı qalib
elan etmişdi.