Accessibility links

Fələstinlilər ABŞ-ı sülh prosesini pozmaqda ittiham edir


Fələstin liderləri ABŞ-ı Yaxın şərq sülh danışıqlarını pozmaqda günahlandırır. Son ittihamlar dövlət katibi Hillari Klintonun İsraili "misilsiz güzəştlərə" getdiyinə görə alqışlamasının ardınca meydana çıxıb. Şənbə günü İsrail fələstinlilərin narahatlıqlarına cavab olaraq yəhudi məsklunlaşmasına məhdudiyyətlər qoyacağını elan edib. Həm Klinton, həm də İsrail baş naziri Benyamin Netanyahu deyir ki, fələstinlilər heç vaxt sülh danışıqlarına başlamaq üçün yəhudi məntəqələrinin inşasının tamamilə dayandırılmasını tələb etməyiblər. Bazar günü İsrail radiosunda danışan fələstinli müzakirəçi Saeb Erekat bəyan edib ki, İsrail inşaat işlərini dayandırmayınca Fələstin Muxtariyyatı sülh danışıqlarına qayıtmayacaq.
XS
SM
MD
LG