Accessibility links

Dinləyici məktubları və şərhləri


Natiq adlı dinləyicimiz Azərbaycandan göndərdiyi məktubda ölkədə qiymətlərin qalxmasından şikayətlənir. Onun sözlərinə görə qiymətlərin qaldırılması həmişə olduğu kimi gizlin və qəflətən həyata keçirilib. Natiq bəy qiymət qaldırılması barədə əvvəlcədən xəbərdarlıq edilməsini istəyir. O deyir ki, əgər kimsə işə getmək üçün kartında 10 qəpiklə evdən çıxıbsa, o heç yerə gedə bilməyəcək.

Azərbaycandan başqa bir dinləyicimiz Rasim Əmirli isə amerikanın səsi kimi xarici radioların milli tezliklərdə yayımı ilə əlaqədar məhdudiyyətlər haqqında deyir ki, Azərbaycanda heç nə özbaşına deyil, Onun sözlərinə görə, FM dalğası mobil telefonlarda yaxşı tuturdu və o bundan istifadə edərək fikrini bildirir, sözümü çatdırırdı. “Camaatı bu imkandan ona görə məhrum etdilər ki, bir nəfərin sözünü geniş auditoriya eşitməsin. Ölkədə internet zəifdir və çox bahadır. Ele bu ən yaxşı senzuradır!”-deyə o bildirir.

Avstraliyadan Bəhruz Təmsili yazır ki, İranda yaşayan azərbaycanlıların güclü bir quruluşa ehtiyacı var.

Haray Proqramız barədə şərh verən Urmulu adlı dinləyicimiz dünyanın Güney Azərbaycanın mədəni haqlarının taptalanmasına göz yumduğunu bildirir. Onun yazdığına görə, İran Azərbaycanında Ana dilində təhsil hüququnun, milli mədəni haqqların pozulmasına dünya, insan azadlıqları təşkilatları nə vaxta qeder göz yumucaq?

Elvin bəy Türkiyə ilə Azərbaycan arasında yaşanan son gərginliyiə öz münasibətini bildirir. Onun yazdığına görə, Türkiyə və Azərbaycan tarixi dostluq və qardaşlığı heç nəyə dəyişməməlidir. Belə bir addımı böyük bir səhv adlandıran Elvin bəy inanır ki, Türkiyə höküməti haqlı mübarizəsində Azərbaycanı heç vaxt yalnız buraxmayacaq.

Zohrab İbn Malik adlı oxucumuzun isə bu məsələyə mövqeyi fərqlidir. O yazır ki, Tükiyə bizim müttəfiqimizdir. Amma, bu o demək deyil ki, Türkiyə öz maraqlarını güddüyü halda, biz güdməyək. “Türkiyə Ermənistanla sərhəddi açmamaqla bizim üçün böyük nəsə etdiyin düşünür. Məncə elə təkcə qazın qiymətini normal qiymətlərə qaldırmaqla biz onlara başa sala bilərik ki, onlar bizə yox elə biz onlara çox güzəştə getmişik.”-deyə dinləyicimiz bildirir.

Ucar Rayonunda bizə yazan Vasif Abdullayev isə rayonda məmur özbaşınalığının baş qaldırdığını və korrupsiyanın baş alıb getdiyini iddia edir. O redaksiyamızda bu barədə reportaj hazırlamağı xahiş edir.

Azərbaycandan Məhərrəm AĞALAROĞLU yazır ki, İran yanlız adı İSLAM olan dövlətdir: O deyir ki, İranda öz mədəniyyətinin inkişafını fəal şəkildə istəyən azərilərə qarşı represiyalar olur. Dinləyicimiz son vaxtlar İranda həbsdə olan azəriyə qarşı təcavüzü xatırladaraq yazır ki, bu İranın adının islam respublikası olmasına baxmayaraq, əməlinin başqa olduğuna dəlalət edir.

Xatırladaq ki, siz də verilişlərimiz və saytımızdakı xəbərlər barədə fikirlərinizi bizə yaza bilərsiniz. E-mail Ünvanımız info@amerikanınsesi.org və ya info@amerikanınsesi.netdir.

XS
SM
MD
LG