Ağ Ev Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanın Briləşmiş Ştatlara qarşıdan gələn səfəri ilə bağlı bəyanatla çıxış edib.
Ağ Evin mətbuat katibinin ofisinin verdiyi bəyanatda deyilir ki, prezident Obama Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğanı dekabrın 7-də Ağ Evdə qəbul edəcək.
“Türkiyə və Birləşmiş Ştatlar arasında strateji tərəfdaşlıq və tarixi dostluq əlaqələri mövcuddur. Türkiyə NATO üzrə müttəfiq, birgə sınaqlara cavab vermək işində mühüm tərəfdaşdır. Prezident Baş nazir Ərdoğanla Əfqanıstanda və Pakistanda bölüşdüyümüz strategiyanın həyata keçirilməsi, İraqda iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, nüvə silahlarının yayılmaması kimi məqsədə nail olmaq işində inkişafın əldə edilməsi, Kipr probleminin həlli, Ermənistanla münasibətlərin normallaşdırılması, Yaxın Şərq slüh səyləri və insan hüquqları kimi hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmasını səbirsizliklə gözləyir.”-deyə Ağ Evin bəyanatında bildirilir.