Iranın nüfuzlu qanunvericisi İrandan uranın böyük hissəsinin zənginləşdirilmək üçün Rusiyaya göndərilməsinə dair BMT-nin təklifini rədd edib.
İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri Ələddin Burucerdi dövlət mətbuatına bildirib ki, komitə İranın öz uranını zənginləşdirmək üçün xarici ölkəyə göndərilməsi planının əleyhinədir. O əlavə edib ki, İranın razılığa əsasən bunun əvəzində yanacaq alacağına heç bir qarantiya yoxdur.
Milli təhlükəsizlik komitəsində qanunverici Kazım Cəlali İranın əl-Ələm tele-şirkətinə deyib ki, İran Qərbin razılığın şərtlərinə əməl edib-etməyəcəyinə dair şübhələrə malikdir.
Tehranın Beynəlxalq Atom Enerjisi agentliyinə nüvə yanacağını uranın zənginləşdirilmək üçün xarici ölkəyə göndərilməsindən əvvəl istədiyini bildirdiyi xəbər verilir.
Beynəlxalq Atom Enerjisi agentliyinin təklifi İranı nüvə silahları istehsalında istifadə ediləcək səviyyədə uran zənginləşdirə bilməsinin qarşısını almağı nəzərdə tutur.
Razılıq danışıqlarda iştirak edən digər tərəflər, Birləşmiş Ştatlar, Rusiya və Fransa təklifə razılıqlarını bildirib.