“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli pensiya ilə bağlı yaş həddinin artırılmasının insanların sosial güzəranının artırılmasına xidmət etmədiyini bildirir. Onun fikrincə, hökumətin bu qərarı iqtisadiyyatın pensiyaları ödəmək qabiliyyətində olmadığının göstəricisidir. Ölkədə 1 milyon 380 min sosial ödəyici olduğu halda 1 milyon 300 min pensiyaçı var.
Ekspert hesab edir ki, on illərlə müəllim və ya həkim işləmiş şəxslərlə dövlət qulluqçularının və ya parlament üzvlərinin pensiyası arasına 20-30 dəfəyədək fərq var. Hökumətin qərarı pensiyaların ədalətliliyinə əsaslanmalıdır. “Eyni zamanda, sosial ödəmələrin artması üçün “qara mühasibatlığa” qarşı mübarizə gücləndirilməlidir. Çoxsaylı müəssisə və təşkilatlarda rəsmi əmək haqqı, real əmək haqqından dəfələrlə az göstərilir. Bu isə sosial ödəmələrdən yayınmağa şərait yaradır”, -deyə o qeyd edib.