Accessibility links

ABŞ-da donuz qripi ilə bağlı fövqəladə vəziyyət elan olundu


ABŞ prezidenti Barak Obama H1N1 donuz qripi virusunun yayılmasını ümummilli fövqəladə vəziyyət elan edən fərman imzlayıb. Ağ Evin açıqladığı bəyanata əsasən bu fərman Amerikanın epidemiyaya qarşı mübarizə aparmaq imkanlarını artırır. Sənəd tibb mərkəzlərini virusa yoluşmuş xəstələri tez qəbul etməsi üçün bəzi federal öhdəliklərdən azad edir. Bu həftənin əvvəlində Daxili Təhlükəsizlik Naziri Canet Napolitano Senata bildirib ki, hökumət xəstəxanaların virusla ayaqlaşması üçün 3 milyard dollar pul verib. Dünya Səhiyyə Təşkilatı indiyədək dünya boyu donuz qripindən beş min adamın öldüyünü xəbər verir. ABŞ səhiyyə rəsmiləri Amerikada bu xəstəlik üzündən min adamın öldüyünü, 20 min adamın isə xəstəxanaya düşdüyünü bildirir.
XS
SM
MD
LG