Accessibility links

ABŞ və Rusiya nüvə silahları üzrə danışıqlara başlayıb


ABŞ və Rusiya ilin sonunadək Soyuq Müharibənin nüvə arsenalını ixtisar etmək yönümündə yazılıq əldə etmək üçün danışıqları bərpa ediblər. Cenevrədə bir araya gələn müzakirəçilər müddəti dekabrda bitəcək 1991-ci il Strateji Silah Azaldılması Sazişini yeniləməyə çalışırlar. ABŞ prezidenti Barak Obama və onun Rusiyalı həmkarı Dmitri Medvedev bu ilin əvvəlində mövcud müqavilənin əvəzlənməsi barədə razılığa gəliblər. Onlar müzakirəçilərə göstəriş veriblər ki, nüvə başlıqlarının sayını 2200-dən 1500-ə endirmək yönümündə çalışsınlar. ABŞ-ın Şərqi Avropada anti-raket sisteminin quraşdırılması barədə planları ləğv etməsindən sonra hər iki tərəf danışıqlarda böyük irəliləyişin olduğunu xəbər verirlər.

XS
SM
MD
LG