İranın insan hüquqları üzrə vəkili, Nobel
sülh mükafatı laureatı Şirin İbadi İranın Əhmədenajadı yenidən hakimiyyətə
gətirən prezident seçkilərinin nəticələri ilə razılaşmadığını deyib.
Amerikanın
səsinin fars şöbəsinə müsahibəsi zamanı xanım İbadi deyib ki, o, İran
hökumətinin vəd etdiyi kimi seçkilərin azad və ədalətli keçirildiyinə inanmır.
Əgər seçkilər ədalətli olsa idi, nəticələr fəqli olardı-deyə o bildirib.
Bir çox iranlının Əhmədinejadın qələbəsini təmin edən seçkilərin saxtalaşdırıldığı iddiası hökumət tərəfindən rədd edilir. Seçki nəticələrinə etirazlar ölkədə geniş aksiyalara yol açmışdı.