Çinin Sincan vilayət məhkəməsi iyul ayında 200 nəfərin
ölümü ilə nəticələnən qiyama görə daha altı adamı ölüm cəzasına məhkum edib.
Onlardan beşinin müsəlman uyğur qrupunun üzvü, birinin isə han cinlisi olduğu
bildirilir. Han çinlisi bir uyğurun öldürülməsi və digərin yaralanmasına görə
ittiham edilirdi.
Məhkəmə 3 uyğuru ömürlük həbsə məhkum edib. Bazar ertəsindən
bəri yanğın törətmək, oğurluq və əmlak
dağıdılması ittihamları ilə 21 adam cəzalandırılıb. İyul ayı qarşıdurması
zamanı 1600 nəfər xəsarət almışdı.