İraq rəsmilərinin bildirdyinə görə, bu gün Bağdadın şimal-qərbində əksəriyyəti şiələr yaşayan məhəllədəki ticarət mərkəzində baş verən qumbara hücumu nəticəsində 8 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır. Siə məhəlləsinə edilən hücum Baquba şəhəri yaxınlığında sünnilərin çoxluq təşkil etdiyi Bührizdəki kafedə 8 nəfərin ölümü ilə nəticələnən intiharçı hücumundan bir gün sonraya təsadüf edir. Hadisə zamanı Əl-Qaidəyə qarşı çıxan sünni yarı-hərbi qrupun lideri Leiz Mişaanın da öldüyü xəbər verilir.