Çin, Yaponiya və Cənubi Koreya liderləri Şimali Koreyanın nüvə proqramını dayandırmağa yönələn danışıqların bərpasına çağırıblar. Pekində keçirilən sammitin sonunda üç ölkənin rəhbərləri Koreya yarımadasının nüvəsizləşdirilməsinə və Şimal-Şərqi Asiyada sülhün təmin olunmasına doğru çalışacaqlarını vəd ediblər. Çin baş naziri Ven Ciabao bu həftə Şimali Koreyaya üç günlük səfərinin yekununda keçirdiyi mətbuat konfransında bildirib ki, onda yaranan təəssürata görə Pxenyan ABŞ, Cənubi Koreya və Yaponiya ilə yaxın münasibətlər qurmağa can atır. Şimai Koreya ABŞ-la birbaşa danışqlar haqda xahişinə əməl edilərsə altıtərəfli danışıqlara qayıdacağını söyləyib.