Türkiyənin xarici işlər naziri
Əhməd DavutoğluErmənistanla münasibətlərin
normallaşdırılmasına dair sənədin imzalanacağına şübhəsi olmadığını bildirib. Cənab
Davutoğlu bu gün deyib ki, sənədin nə
vaxt və harada imzalanacağı barədə məlumatı İsveçrənin vasitəçiləri açıqlayacaqlar.
Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin və sərhədlərin
açılmasına dair razılıq hər iki ölkənin parlamenti tərəfindən təsdiq edilməlidir.
Türkiyə 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ ərazilərinin Ermənistan tərəfindən işğal edilməsindən sonra Azərbaycana dəstək məqsədi ilə Ermənistanla sərhədlərini bağladı. Türkiyənin xarici işlər naziri Davutoğlu Azərbaycan və Ermənistan liderlərinin bugünkü görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyiş əldə edəcəklərini ümid etdiyini deyib.