Accessibility links

Sakin Okeanı cənub hövzəsində baş verən üç zəlzələ böyük təşvişə səbəb olub


Sakin Okeanı cənub hövzəsində baş verən üç zəlzələ böyük təşvişə səbəb olub. Amerikanın Geoloji Aradırmalar Mərkəzinin bildirdiyinə görə, Vanuatudan 300 km-lik məsafədə baş verən zəlzələnin şiddəti 7.8 bal gücündə olub. Bir saat sonra baş verən digər iki zəlzələ isə 7 balla ölçülüb.

Avstarliaya, Yeni Zelandiya və İndoneziya daxil edilməklə, Sakin Okeanı cənub hövzəsində sunami xəbərdarlığı verilmiş, daha sonra isə xəbərdarlıq ləğv edilmişdi. Bu təbii fəlakət Samoan adalarında 200-ə yaxın insanın ölümü ilə nəticələnən sunamidən iki həftə sonra baş verir.


XS
SM
MD
LG