Accessibility links

Tibetin dini lideri ABŞ-ın insan hüquqları mükafatına layiq görülüb


Tibetin dini lideri Dalay Lamaya ABŞ qanunvericiləri tərəfindən insan hüquqları mükafatı təqdim edilib. Insan hüquqları mükafatı Tibetə daha artıq müstəqillik verilməsinə səy göstərən mərhum senator Tom Lantosun adını daşıyır.

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosi insan hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə görə Dalay Lamaya təşəkkürünü bildirib. ABŞ prezidenti Barak Obama Dalay Lama ilə görüşünü noyabr ayında Çinə edəcəyi səfərinədək təxirə salıb.

Dalay Lamanı separatist adlandıran Çin prezidenti Hu Tsuntau aprel ayında Barak Obama ilə görüşü zamanı xarici liderlərin onu qəbul etməməsinə dair çağırışını bir daha təkrar etmişdi. Siyasi təhlilçilər hesab edir ki, Obamanın Dalay Lama ilə görüşü Çinlə müzakirələrə mənfi təsir göstərə bilər.


XS
SM
MD
LG