Əfqanıstanın şərq bölgəsində silahlı şəxslər
tərəfindən 8 Amerika və 2 əfqan əsgəri öldürülüb. Güclü atışma ABŞ-ın iki
yoxlanış mətəqəsinə qarşı hücum zamanı baş verib. Amerikanın ordu sözçüsü
Amerikanın səsinə koalisya qüvvələrinin hücuma bütün qüvvəsi ilə cavab verdiyini
və düşmən tərəfin ağır itkilərə məruz qaldığını deyib.
Hücumun məsuliyyətini Pakistanla
sərhəd bölgələrdəki Taliban döyüşçüləri üzərinə götürüb. Əfqan rəsmiləri yaraqlılar
arasında pakistanlıların da olduğunu bildirir.