Accessibility links

Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı İrana səfər edib


Beynəlxalq Atom Enerjisi agentliyinin başçısı Məhəmməd ƏlBaradei gizli nüvə obyektinin müfəttişlər üçün açılacağı ümidi ilə bu gün İrana səfər edib.

Lakin onun Tehrana gəlişindən bir qədər əvvəl Iran prezidenti Mahmud Əhmədinejad ölkəsinin aksiyalarını bir daha müdafiə edib. Prezident Mahmud Əhmədinejad deyib ki, İran Qum şəhəri yaxınlığında nüvə obyektinin mövcudluğunu heç bir zaman gizlətməyə çalışmayıb və Birləşmiş Ştatları böyük səhvə yol verməkdə ittiham edib.

Birləşmiş Ştatlar və onun bir neçə müttəfiqi İranı uran zəngişləşdirən obyekti gizli saxlamağa çalışdığına görə tənqid edib.

Bu həftə nüvə agentliyinin başçısı ƏlBaradei də İranın düzgün mövqedə olmadığını deyib.

ƏlBaradei səfərini dünyanın qüdrətli dövlətlərinin İrandan obyektə müfəttişlərin getməsinə icazə verməsini tələb etməsindən iki gün sonra edir.

İran tələbi yerinə yetirəcəyini bildirib.


XS
SM
MD
LG