Dünən BMT-nin Baş Assambleyasının 64-cü yığıncağında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünya liderləri və aparıcı rəsmiləri qarşısında çıxış edib. Öz nitqində Azərbaycanı narahat edən və bu ölkə ilə bağlı məsələləri işıqlandıran Elmar Məmmədyarov Ermənistanın Azərbaycana təcavüzündən və bu təcavüzün təsirlərindən söz açıb.
Cənab Məmmədyarovun sözlərinə görə BMT-nin təməl prinsipləri qlobal təhlükəsizliyin qorunması məqsədi daşıyır ki, burada dövlətlərin bir-biri ilə silah gücü ilə danışması yolverilməzdir. Lakin, o, əlavə etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq normalarının pozulması, çoxlu sayda insanların yurdlarından didərgin düşməsi və Azərbaycanın ərazi bütövlüyünə təhlükə ilə müşaiyət olunub.
“Ermənistan tərəfindən həyata keçirilən təcavüzün nəticəsi olaraq Azərbaycan ərazilərinin beşdə biri zəbt olunub, etnik təmizləməyə məruz qalmış təqribən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, Azərbaycanın minlərlə tarixi-mədəni irsi dağıdılaraq qarət edilib. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə başqa bir dövlətin ərazisinin güc tətbiq etmək yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vurğulanıb, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınıb, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin qeyd-şərtsiz çıxması çağırışı əksini tapıb. BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli, 62/243 saylı “İşğal olunmuş Azərbaycan torpaqlarında vəziyyətə dair” qətnaməsində Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək bir daha ifadə olunub. BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın qətnamələrində əks olunmuş yanaşma Azərbaycanın tutduğu mövqe ilə tamamilə üst-üstə düşür,” deyə Azərbaycan rəsmisi bildirib.
Elmar Məmmədyarov rəsmi Bakının mövqeyini izah edərkən Azərbaycanın münaqişənin mərhələli həllinə tərəfdar olduğunu və bunun yeganə mümkün yol olduğunu bəyan edib: “İşğal olunmuş bütün ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılması, həmin ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına – Dağlıq Qarabağ və ətraf rayonlara geri qayıtması, qarşılıqlı istifadə üçün bütün kommunikasiyaların açılması kimi bir sıra vacib işlər görülməlidir. Bu, müharibənin nəticələrini aradan qaldırmağa, regionun azərbaycanlı və erməni icmalarının qarşılıqlı razılığı nəzərə alınmaqla Azərbaycan daxilində Dağlıq Qarabağ regionunun hüquqi statusunun işlənib hazırlanmasına, regionda davamlı sülhün və sabitliyin təşəkkül tapmasına zəmin yaradacaq, ” deyə cənab Məmmədyarov bildirib.
Son bir neçə ayda göstərilən sülh təşəbbüslərini alqışlayan Azərbaycan naziri münaqişənin yaxın gələcəkdə yoluna qoyulacağına ümidlərini izhar edib: "2008-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən Moskvada imzalanmış birgə Bəyannamədə Ermənistanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında mərhələli həllini qəbul etməsi yaxşı əlamətdir. Azərbaycan Cənubi Qafqaz və ondan kənarda təhlükəsizlik və sabitlik naminə Ermənistan rəhbərliyi ilə danışıqları davam etdirməyə hazırdır."
Cənab Məmmədyarov çıxışında Azərbaycanın iqtisadi nailiyyətlərinə də yer ayırıb. O, Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft ixrac boru kəmərləri və Bakı-Tiflis-Ərzurum qaz kəməri kimi infrastruktur layihələrini qeyd edərək bu səylərin regional tərəqqiyə yol açdığını bildirib. Dünyada tərqitələrarası ixtilafların vüsət aldığı bir zamanda cənab Məmmədyarov Azərbaycanın mədəniyyətlərarası dialoqa ciddi diqqət yetirdiyini və bu yönümdə bir neçə beynəlxalq konfransa ev sahibliyi etdiyini vurğulayıb. O, habelə ölkədə başqa dini və etnik qruplara göstərilən tolerant siyasəti qeyd edib. Elmar Məmmədyarov bildirib ki, Azərbaycan hökuməti vətəndaşların etnik mənsubiyyətindən asılı olmayaraq firavan və dinc şəkildə yaşamasına şərait yaradıb və bu siyasətini davam etdirmək əzmindədir.