Çin sanksiyaların İranın nüvə proqramını dayandırması üçün münasib olmadığı haqda mövqeyini bir daha təkrar edib. Çinin Xarici İşlər nazirliyinin sözçüsü Tsaynq Yu müxbirlərə deyib ki, sanksiyalar və təzyiq məsələni həll etməyin yolu deyil.
Bu arada, İran prezidenti deyib ki, İran mübahisəli nüvə proqramı ətrafında narahatlıqları yüngülləşdirmək üçün ölkənin nüvə ekspertlərinin Birləşmiş Ştatlar və dünyanın digər qüdrətli dövlətlərinin alimlərilə görüşməsini istəyir.
Washington Post qəzetinə müsahibə verən Mahmud Əhmədinejad həmçinin deyib ki, İran Birləşmiş Ştatlardan tibbi məqsədlərilə istifadə edilən zənginləşdirilmiş uran almaq üçün səy göstərməyə çalışacaq. ABŞ rəsmiləri bu təkliflə bağlı şərh verməyiblər.