ABŞ və Tailand alimləri eksperimental QİÇS
vaksinin ilk dəfə olaraq HİV virusu infeksiyasını riskini 3 dəfə azaltdığını
bildirir. Bangkokda təşkil edilən mətbuat konfransında ABŞ ordusunun HİV tədqiqatı
proqramının üzvü Cerom Kim deyib ki, testlərin nəticələri qanedici olub və
araşdırmalar gələcəkdə bu vaksinlərin effektivliyinə dair ümidlər yaradıb.
Amerika və Tailandin hökumət tədqiqatçıları bildirir ki, 16000 könüllü üzərində
aparılan eksperiment infeksiya riskinin 31 faiz azaldığını göstərib. Məhdud
təsirlərə malik olsa da bu vaksin xəstəliklə mübarizədə böyük rol oynaya
bilər. BMT-nin hesabatına görə, hər gün 7500 insan bu infeksiyaya yoluxur.
Təkcə 2007-ci ildə QİÇS səbəbi ilə 2 milyon insan dünyasını dəyişib.