Accessibility links

Dmitri Medvedyev İrana qarşı yeni sanksiyaların qaçılmaz olduğunu deyib


Rusiya prezidenti Dmitri Medvedyev nüvə fəaliyyətlərindən əl çəkmədiyi təqdirdə, İrana qarşı yeni sanksiyaların qaçılmaz olduğunu deyib. Nyu-Yorkda ABŞ dövlət başçısı Barak Obama ilə görüşündən sonra müxbirlərlə danışan cənab Medvedyev sanksiyaların nadir hallarda effiktiv olduğunu, lakin bəzən bu kimi cəzalara ehtiyac duyulduğunu bildirib.

Rusiya prezidenti deyib ki, ABŞ və Rusiya yalnız dinc mahiyyətli nüvə enerjisi istehsal etməsi üçün İrana həvəsləndirici təkliflər verməlidir. ABŞ prezidenti Barak Obama da İranın bir sıra beynəlxalq qanunlara riyət etmədiyini və o ölkəyə qarşı daha ciddi saksiyaların tətbiq edilə biləcəyini deyib.


XS
SM
MD
LG