İran
prezidenti Mahmud Əhmədinejad qərb dövlətlərini kəskin tənqid edib, Amerika
Birləşmiş Ştatları və onun müttəfiqlərini demokratiya və azadlıq adı altında təcavüzkarlıq,
terror və müharibələrin yayılmasında günahlandırıb. BMT-nin Baş Assambleyasının
sessiyasında çıxış edən prezident İsrailin Qəzza zolağına qarşı hücumlarını
pisləyərək, fələstinlilərin İsrailin hakimiyyəti altında qeyir-insani şəraitdə
yaşadığını deyib. İranın dövlər başçısı kapitalizm və iqtisadiyyata qeyir-real
sərvət qoyulmasının dayandırılmasına çağırıb.
Mahmud Əhmədinejad İranın səmimiyyətlə
ona əl uzadan hər bir dözlətin əlini sıxmağa hazır olduğunu bildirib. İran prezidenti
çıxışı zamanı ölkəsinin nüvə fəaliyyətlərindən söz açmayıb. İran liderinin
çıxışına etiraz edən bəzi nümayəndə heyətləri zalı tərk , Israil isə
Əhmədinejadın çıxışını boykot edib.