Gürcüstan prezidenti Mixail Saakaşvili 2008-ci ildə Rusiyanın Gürcüstanın iki separatçı regionunun müstəqilliyini tanımasından və həmin regionlarda öz hərbi qüvvələrini yerləşdirməsi ilə bağlı iki ölkə arasındakı problemlərə baxmayaraq, ölkəsində vəziyyətin yaxşı olduğunu deyib. Cənab Saakaşvili bu açıqlamanı bu gün, ABŞ-ın News Network şirkətinə verib. Mixail Saakaşvili Rusiyanın separatçı Cənubi Osetiya və Abxaziya regionlarını nəzarəti altında saxlaması ilə əlaqədar onun hökumətinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini deyib. O, eləcə də məhşur yazıçılar və sabiq liderlərə müraciət etdiyi açıq məktubda onları Avropa qəzetlərində çıxış etməklə, Gürcüstanı dəstəkləyə çağırıb.
Avropa Birliyinin açıqlamasında isə rəsmilərın gələn həftə konflikt zonasına gedəcəyi gözlənildiyi deyilir. Baş qərargahı Brüsseldə yerləşən Avropa Birliyinin konflikt regionunda atəşkəsi izləyən müşahidəçiləri birlyin regionda nəzarəti artıracağını deyirlər.
Avropa Birliyinin missiya rəhbəri Hansyorq Haber deyib ki, birlik Cənubi Osetiya və Abxaziya regionlarında nəzarətini maksimum dərəcədə artırmalıdır. Birləşmiş Ştatalrın dövlət katibi Hillari Klinton Vaşınqtonun separatçı Cənubi Osetiya və Abxaziya regionlarının müstəqilliyini tanımayacağını və Gürcüstanın ərazı bütövlüyünü dəstəklədiyini deyib.