İran prezidenti Mahmud Əhmədinejad Holokastı bir daha inkar edərək, onun bəyanatlarının səbəb olduğu qəzəbin şərəf mənbəyi olduğunu deyib. İranın dövlət başçısı bunları Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyasının yığıncağına yola düşməzdən əvvəl deyib.
Keçən həftə Əhmədinejad Holokastı Qərb dövlətlərinin Israil dövlətinin yaradılmasına bəhanəsi adlandırmışdı. ABŞ və Qərb rəsmiləri bu çıxışları pisləyərək, onları ikrah doğuran ifadələr adlandırır. İran prezidentinin sözçüsünün Əhmədinejadın Nyu-Yorka sülh mesaji ilə getdiyini deməsi bütün bunlarla ziddiyyət təşkil edir.