İranın ən böyük xeyriyyə təşkilatlarından biri Ramazan bayramı münasibəti ilə 21000 məhbusun zaminə buraxılmasına yardım edib. Məhbuslar Ramazan ayının sona çatmasının qeyd ediliyi vaxt azad edilib. Dövlət televiziyasının məlumatında deyilir ki, İmam Xomeyninin Yardım Fondunun köməyi ilə azad edilən insanlar əsasən borcların ödənilməməsi kimi maliyyə problemlərinə görə həbs edilənlərdir. Azad edilənlər arasında Mahmud Əhmədinejadın iyun ayı prezident seçkilərindəki qələbəsinə etiraz etdikləri üçün həbs edilənlər də var.