Accessibility links

Prezident Obama:İqtisadiyyatın dirçəldiyinə işarələr var


ABŞ prezidenti Barak Obama deyib ki, bütün göstəricilər iqtisadiyyatda artımın başladığına dəlalət edir.

Onun sözlərinə görə, maliyyə bazarları yenidən funksiya göstərməyə başlayıb və əlavə edib ki, ən böyük çətinlik itirilən iş yerlərinin bərpasıdır. Cənab Obama işsizliklə bağlı vəziyyətin hələ yəqin ki düzəlməyəcəyini və hətta bir neçə ay ərzində daha da pisləşə biləcəyini bildirib.

İqtisadiyyat prezident Obamanın bu gün beş tele-şirkət tərəfindən yayımlanan müsahibələrdə müzakirə etdiyi məsələlərdən biridir.

ABŞ prezidenti bununla yanaşı, Əfqanıstanda vəziyyət, Əl-Qaidəyə qarşı əməliyyatlar, Şimali Koreya danışıqları və xarici siyasət sahəsində geniş məsələləri şərh edib.

Cənab Obama bu müsahibələrdən onun siyasi kursuna yönəlmiş tənqidlərə cavab vermək üçün istifadə etməyə çalışır.


XS
SM
MD
LG