Indoneziya
rəsmiləri keçən həftə atışma zamanı öldürülən şəxsin terrorçu lider Nurdin Top
olduğunu təsdiq edib. Milli polis sözçüsü Nanan Sukarna bu gün deyib ki, DNK
testləri də barmaq izlərinin göstərdiyi nəticəni təsdiqləyib. Nurdin iki gün
öncə Mərkəzi Yavadakı yaraqlı sığınacağında reyd zamanı öldürülən 4 nəfərdən
biri idi. Əməliyyat zamanı digər 3 nəfər
isə həbs edilib. Polis keçən ay səhvən
Nurdinin başqa bir əməliyyatda öldürüldüyünü açıqlamışdı. Birləşmiş Ştatlar cümə axşamı günü bildirmişdi
ki, İndoneziya yaraqlılarla mübarizədə uğurlu addımlar atır. Nurdin Cənub-Şərqi Asiya terror şəbəkəsi olan
Cemah İslamiyah ayrılmış bir qruplaşmaya rəhbərlik edirdi.