Roma Papası 16-cı Benedikt gələn il yepiskopların xüsusi
yığıncağının təşkilinə çağırıb. Orada Yaxın Şərqdə sülh səyləri və katolik kilsəsinin reqiondakı rolu məsələləri
müzakirə edilməlidir. Papanın bəyanatı bu gün Roma katolik kilsəsinin
liderlərinə göndərilib. Sənəddə qeyd edilib ki, tolantının gələn il oktyabrın
10-dan 14-nə qədər keçirilməsi nəzərdə tutulub. Tədbir “Katolik Kilsəsinin Yaxın Şərqdə Durumu” adlandırılacaq. Roma Papası ötən ilin may ayında zəvvarların
müqəddəs torpağa edəcəyi ziyarət zamanı xristian, müsəlman və yəhudilər
arasında köpü salmağa çalışmışdı. Bəzi
hallarda Roma papası müxtəlif təriqətlərin tənqidlərinə tuş gəlib.