Accessibility links

Əhməd Davutoğlu Suriya və İraq arasında gərginliyin azaldılması məqsədilə danışıqları alqışlayıb


Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu Sruriya və İraqın Bağdadda militantların insan tələfatı ilə nəticələnmiş hücumlarının arxasında duranları tapmaq əzmində olmasını alqışlayıb.

Əhməd Davutoğlu bu açıqlamanı Suriya Xarici İşlər naziri Valid Muallim və onun iraqlı həmkarı Hoşyar Zebari arasında İstanbulda görş keçirilən bir vaxt verib.

Danışıqlar Bağdadda hücumlardan sonra Suriya və İraq arasında gərginliyin azaldılması səyləri çərçivəsində aparılıb. Ərəb Liqasının katib Əmr Musa da danşıqlarda iştirak edib.

Türkiyə keçən ay militantların Bağdadda 100 iraqlının ölümünə nəticələnmiş hücumu ilə bağlı Suriya və İraq arasında yaranmış gərginliyin azaldılmasına çalışır.

Iraq Suriyadan hücumlarda rol oynamış iki şübhəlinin təhvil verilməsini istəyib. Suriya tələbi rədd edərək, İraqın bu iddiları sübuta yetirəcək kifayət qədər dəlil gətirmədiyini bildirib. İraq hücumların Suriyada mənzillənən Bəss tərəfdarları ilə bağlı olduğuna inanır.

XS
SM
MD
LG