ABŞ
dövlət katibi Hillari Klintonun sözlərinə görə, İran gələn ay dünyanın 6
qüdrətli dövlətinin diplomatları ilə görüşü zamanı nüvə proqramına dair
narahatlıqlara birbaşa cavab verməlidir. Xanım Klinton deyib ki, Birləşmiş
Ştatların ilk dəfə iştirak edəcəyi oktyabrın 1-i danışıqlarında nüvə məsələsi
rədd oluna bilməz. Avropa Birliyi görüşün ehtimal ki, Türkiyədə keçiriləcəyini
bildirir. Qərb dövlətləri İranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham etsə
də, İran təkidlə bildirir ki, nüvə proqramı dinc mahiyyət daşıyır və bu,
müzakirə mövzusu ola bilməz. Xanım Klinton bildirib ki, ABŞ-ın danışıqlara
qoşulmaq qərarı prezident Barak Obamanın İranla illərdir davam edən
gərginlikdən sonra Tehranla yaxınlaşma vədinə əməl edilməsidir.