Rusiyada Aleksandr Xaçirov Gürcüstana
casusluq ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Xaçirov 2008-ci
ilin iyun ayında, Rusiya ilə Gürcüstan müharibəsindən əvvəl həbs edilmişdi.
Maşınında gizli videokamera aşkar edildikdən sonra ona qarşı vətənə xəyanət
ittihamı irəli sürülmüşdü.
Rusiya prokurorluğu Aleksandr Xaçirovun Gürcüstan
tərəfindən casusluğa 2004-cü ildə cəlb
edildiyini və onun Cənubi Osetiyada Rusiya qüvvələri və sülhməramlıların
yerləşdirilməsi prosesini monitoring etdiyini bildirib.