ABŞ rəsmisi
bildirib ki, İran atom bombası hazırlamağa yaxınlaşır. Amerikalı elçi Qlin Deyvis bildirib ki, İran
artıq atom bombası üçün tələb olunan miqdarda zənginləşdirlmiş urana
malikdir. Deyvis BMT nüvə agentliyinin Vyanada
keçirilən yığıncağında nitq söyləyib. Bu
arada İran rəsmiləri deyir ki, xarici işlər naziri Mənuçehr Motəkki dünyanın
aparıcı altı qüdrətinin nümayəndələrinə rəsmən təkliflər paketi təqdim
edəcək. Motəkki təkliflərin detallarını
açıqlamayıb, lakin ümid etdiyini deyib ki, bu paket nüvə danışıqlarının yeni
raunduna başlanğıc olacaq. Bu həftənin
əvvəlində isə prezident Mahmud Əhmədinjead bəyan etmişdi ki, onun ölkəsi nüvə
texnologiyasını inkişaf etdirmək hüququnu müzakirə etməyəcək.