İranın
hərbi komandiri deyir ki, İran radara düşməyən raketləri tuta bilən silah
sistemi yaradıb. İran mətbuatının hava müdafiə komandiri general Əhməd Miqaniyə
istinadən bildirdiyinə görə, indi belə raketləri həm tutmaq, həm də vurmaq mümkün
olacaq. İranın nüvə proqramını artan təhlükə kimi görən İsrail İranın nüvə
obyektlərinə hərbi hücumu istisna etmirdi. İran isə təkidlə bildirir ki, nüvə
proqramı elektik enerjisi əldə etmək üçündür. Keçən ay İran Beynəlxalq Atom
Enerji Agentliyindən Tehranın nüvə obyektlərinə hərbi hücumları qadağan etməsini
istəmişdi.