Accessibility links

Prezident Obamanın ekoloji məsələlər üzrə müşaviri istefa verib


Ağ Evin bildirdiyinə görə, prezident Obamanın ekoloji məsələlər üzrə müşaviri istefa verib. Keçən həftə 2001-ci il 11 sentyabr terror aksiyalarının baş tutmasına yüksək rütbəli ABŞ rəsmilərinin yol verib-vermədiyinə dair petisiyaya imza atdığına görə üzr istəyib.

Respublikaçı kongresmenlər Consu ekstremist baxışlarına görə tənqid edərək onun administrasiyada yeri olmadığını deyib.

Ağ Evin bəyanatında deyilir ki, Van Cons onun opponentlərinin bu yalanları ilə diqqətləri Amerikada səhiyyə xidmətləri və təmiz enerji mənbələrinə dair debatlardan yayındırmaq məqsədi güddüyünü deyib. Cons həmçinin bildirib ki, kolleqalarının onun keçmiş işlərinin müdafiəsinə vaxt sərf etmələrini istəmir.

XS
SM
MD
LG