Accessibility links

Himena qasırğası Meksikanın Baha Kaliforniya yarımadası sahillərinə yaxınlaşır


Ciddi təhlükə yaradan Himena qasırğası Meksikanın Baha Kaliforniya yarımadası sahillərinə yaxınlaşmaqdadır. Turistlərin həmin əraziləri tərk etdiyi, rəsmilərin isə diqqətlərini minlərlə sakinin evakuasiya edilməsinə yönəltdikləri deyilir. Polis, yanğınsöndürənlər və hərbi qüvvələrin evakuasiya edilən 10 000-ə qədər insan üçün plastik və saman örtüklər, odun, ədyal çatdırmişlar. Himena qasırğasının saatda 250 km sürətlə əsən küləklə bu əraziyə cümə axşamı çatacağı gözlənilir. Qasırğa dünən gecə kurort Kabo San Lukas bölgəsindən keçərək şimala döğru irəliləyib.
XS
SM
MD
LG